Ramil Səfərovun xanımına bu VƏZİFƏ VERİLDİ
14 Dekabr 2025, 01:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3901
17.04.2025, 18:42
Dağətəyi ərazilərdə, aktiv seysmik zonalarda olan tikililərin sığortalanması sığorta şirkətlərinin marağında deyil - Şahin İsmayılov.
Aprelin 16-da ölkə ərazisində baş verən intensiv yağışlar və müşahidə olunan sel hadisələri bir daha təbiətin nə qədər gözlənilməz və dağıdıcı ola biləcəyini göstərdi. Xüsusilə paytaxt və ətraf ərazilərdə yağıntıların intensivliyi bir çox küçə və yaşayış məntəqələrində subasmalarına səbəb oldu. Regionlarda isə çayların məcrasından çıxması bir sıra təsərrüfat sahələrinə və evlərə ciddi zərər vurdu.
Bu hadisələr əyani şəkildə sübut etdi ki, təbiətə nəzarət etmək mümkün olmasa da, onun yaratmış olduğu bir çox fəsadlara hazır olmaq mümkündür. Bu isə yalnız, sığorta mexanizmləri ilə mümkündür. Biz bu halda dəymiş ziyanın ağırlığını azalda bilərik.
Eyni zamanda, belə məqamlarda bu suallar da yaranır.
Azərbaycanda təbii fəlakətlərə qarşı sığorta mexanizmi yetərlidirmi, zərər baş verdikdə, kompensasiya hansı əsaslarla və neçə müddətdə ödənilir? Sığortalının hüquqları nələrdir?
Oxu24.com -un əməkdaşı mövzunun aktuallığını nəzərə alaraq sığorta eksperti Şahin İsmayılov ilə həmsöhbət olub.Həmin müsahibəni təqdim edirik:
--Şahin bəy, bilirir ki, dünənki leysan və sel nəticəsində hələlik bizə məlum olmayan sayda ev və təsərrüfat sahələri zərər gördü. Belə hallarda sığortasız vətəndaşla sığortalı vətəndaş arasında fərq konkret nədə hiss olunur?
- Dünən bütün ölkə ərazisini əhatə edən güclü yağış və tufan öz miqyasına görə, son illərin ən dəhşətli təbii fəlakətidir. Daxil olan məlumatlara əsasən yol təsərrüfatına, kənd təsərrüfatı sahələrinə,vətəndaşların daşınar və daşınmaz əmlaklarına, həmçinin iş yerlərinə böyük məbləğdə ziyan dəyib.
Çox təəsüf ki, insanlarımız arasında həyatlarını itirənlər var. Bu kimi təbii fəlakətlər hər il ən azından bir-iki dəfə baş verir və hər dəfə də vətəndaşlar itkilərlə üzləşilər. Təbii fəlakətlərdən qorunmaq və vurula biləcək ziyanın qarşısını almaq mümkün deyil. İnsan təbiət qarşısında acizdir. Ancaq dəyəcək maddi ziyanın qarşısını almaq mümkündür.
Hər bir vətəndaş öz əmlakını,həyatını sığortalamaq imkanına malikdir və bundan istifadə etməlidir. Sığortalı vətəndaş dəymiş ziyanı tam yaxud, qismən bərpa etmək şansını əldə edir. Təəsüf ki, bunu sığortasız vətəndaş barədə demək mümkün deyil. Belə vətəndaşlar öz problemləri ilə baş-başa qalırlar.
- Azərbaycanda təbii fəlakətlərə qarşı sığorta mexanizmi yetərlidir, yoxsa, sistemdə hələ də boşluqlar var? Təbii fəlakətlərə qarşı mövcud sığorta növləri konkret olaraq nələri əhatə edir?
Həmçinin oxuyun
- Azərbaycanda təbii fəlakətlərə qarşı bir çox sığorta məhsulları mövcuddur. Daşınar və daşınmaz əmlak sığortası,sahibkarlara məxsus əmlakların icbari sığortası, kənd təsərrüfatında əkin yerlərinin və mal-qaranın sığortası bu gün əlçatandır. Təəsüf hissi ilə qeyd edə bilərəm ki, bu qədər imkanların olmasına baxmayaraq, vətəndaşların sığorta şirkətlərinə müraciətləri qənaətbəxş deyil. Bunun da bir çox səbəbləri var. Ən əsas təbliğatın zəif olması, insanların əksər sığorta məhsullarından xəbərsiz olması və müəyyən qədər də sığorta şirkətlərinə olan etimadsızlıqdan irəli gəlir. Təbliğat işlərinin genişləndirilməsinə, daha çox vətəndaşın sığortaya cəlb olunmasına ehtiyac var. Bu işdə mətbuatın da gücündən istifadə etmək lazımdır.
- Zərər baş verdikdə kompensasiya hansı əsaslarla və neçə müddətdə ödənilir? Sığortalının hüquqları nələrdir?
- Sığorta işində ən vacib məsələ hadisə baş verdikdən sonra, zərərin hesablanması və kompensasiya verilməsi məsələsidir. Bu proses bəzən uzun müddət aparır və vətəndaşlarda narazılıqlara səbəb olur. Məsələ ondadır ki, hər bir hadisə ciddi araşdırılır, hadisənin baş vermə səbəbi, dəymiş ziyanın hesablanması, sığorta fırıldaqçılığının olub-olmaması müəyyən vaxt aparır. Ödəniş bütün sənədlər toplanıb, sığorta şirkətinə təqdim edildikdən sonra, yeddi iş günü müddətində həyata keçirilməlidir. Bəzən vətəndaş tərəfindən sənədlərin təqdim olunmasında da ləngimələr olur və əsassız narazılıqlar yaranır. Amma istənilən halda vətəndaş kompensasiya alır.
- Regionlarda – məsələn, dağlıq və sel riski olan ərazilərdə sığortanın tətbiqində hansı çətinliklər var? Həmin ərazilərdə yaşayan insanlar nə qədər aktivdir?
-Bəzən ictimaiyyətdə belə fikir yaranır ki, sığorta şirkətləri dəymiş zərəri ödəmək istəmir. Bu tam yanlış fikirdir. Sığorta şirlətlərinin ödəniş etməmək şansı yoxdur. Sadəcə olaraq şirkətlərin təklif etdiyi məbləğ vətəndaşı qane etmir. Vətəndaş daha böyük məbləğə iddialı olur. Burda kimin haqlı, kimin haqsız olduğu araşdırma predmetinə çevrilir və ödənişlərdə ləngimə baş verir. Vətəndaş narazı qaldığı halda məsələ məhkəmə müstəvisində həll olunur.
İcbari səğorta növləri qanunvericiliklə tənzimlənir və bu məhsullar üzrə sığorta şirkətləri vətəndaşların müraciətlərinə imtina verə bilməzlər. Ancaq müəyyən hallar var ki, bu halda şirkətlər əmlakın sığortasından imtina edə bilərlər. Dağətəyi ərazilərdə, sürüşmə zonalarında, aktiv seysmik zonalarda olan tikililərin sığortalanması sığorta şirkətlərinin marağında deyil. Həmçinin yarımçıq tikililər də sığortalanmır. Bu kimi yerlərdə əhalinin də aktivliyi şox aşağı səviyyədədir.
Yekun olaraq, onu qeyd etmək istəyirəm ki, ekoloji tarazlığın pozulması ilə baş verən təbii fəlakətlərin intensivliyini artırıb. İldən ilə də bu proseslər daha aqressiv və dağıdıcı xarakter alır. Belə vəziyyətdə hər bir vətəndaş öz əmlakının və həyatının sığortalanmasında maraqlı olmalı və bu proseslərdə aktiv şəkildə iştirak etməlidir. Dəyə biləcək zərərlərin qarşısının alınması üçün, bundan başqa yol yoxdur.
--Şahin bəy, ayırdığınız zaman üçün, təşəkkür edirəm.
--Mən təşəkkür edirəm.
Müsahibəni apardı: Pərvin Şakirqızı
01:21 / 14 Dekabr 2025
213
00:52 / 14 Dekabr 2025
258
00:43 / 14 Dekabr 2025
85
00:04 / 14 Dekabr 2025
126
23:47 / 13 Dekabr 2025
729
23:44 / 13 Dekabr 2025
44
23:30 / 13 Dekabr 2025
54
22:45 / 13 Dekabr 2025
317
22:30 / 13 Dekabr 2025
98
22:28 / 13 Dekabr 2025
115
22:22 / 13 Dekabr 2025
124
22:11 / 13 Dekabr 2025
244
21:58 / 13 Dekabr 2025
404
21:34 / 13 Dekabr 2025
1067
21:21 / 13 Dekabr 2025
84
21:19 / 13 Dekabr 2025
113
21:15 / 13 Dekabr 2025
82
21:02 / 13 Dekabr 2025
75
20:49 / 13 Dekabr 2025
379
20:44 / 13 Dekabr 2025
97
20:36 / 13 Dekabr 2025
86
20:26 / 13 Dekabr 2025
81
20:01 / 13 Dekabr 2025
288
19:53 / 13 Dekabr 2025
101
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.